“Tramp Kuba ilə razılaşmaya inanır”

tramp-kuba-ile-razilasmaya-inanir
Oxunma sayı: 312

ABŞ rəsmiləri Kubanın hazırkı iqtisadi çətinliklər səbəbindən Vaşinqtonla razılığa gəlməyə çalışdığını bildiriblər.

“Qafqazinfo” xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Levitt bu barədə brifinqdə məlumat verib.

Levitin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Kuba hakimiyyətinin razılaşma əldə etmək niyyətində olduğuna inanır:

“Dövlət katibi Marko Rubio Prezidentin birbaşa göstərişi ilə bu istiqamətdə aparılan danışıqlara rəhbərlik edir”.

Qeyd edək ki, martın 6-da Tramp Kubada yaxın vaxtlarda rejim dəyişikliyinin baş verəcəyini iddia etmişdi. O, adanın hazırda enerji və maliyyə böhranı içində olduğunu vurğulayaraq, bunu “dostcasına ələ keçirmə” kimi xarakterizə etmişdi. Marko Rubionun isə vəziyyəti yerindəcə qiymətləndirmək üçün adaya səfər edəcəyi gözlənilir.

Xatırladaq ki, ABŞ-nin 2026-cı ilin yanvarından etibarən Kubaya neft tədarük edən ölkələrə qarşı tətbiq etdiyi sanksiyalar adada ciddi yanacaq çatışmazlığına və kütləvi elektrik kəsintilərinə səbəb olub/