Bu gün ikinci Qədr gecəsidir

bu-gun-ikinci-qedr-gecesidir
Oxunma sayı: 421

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.

“Qafqazinfo” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı rəsmi təqvimə əsasən, üçüncü gecə 12 mart, sonuncu Əhya gecəsi isə 16 mart tarixinə düşür.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı fevralın 19-da başlayıb. Ramazan bayramının tarixi isə Şəvval ayının hilalının görünməsindən asılı olaraq, böyük ehtimalla, 20 marta təsadüf edəcək.