Osimhen bu görüntü qarşısında göz yaşlarını tuta bilmədi - Video

osimhen-bu-goruntu-qarsisinda-goz-yaslarini-tuta-bilmedi
Oxunma sayı: 2476

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən “Qalatasaray”-“Liverpul” matçında təsirli anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” azarkeşləri 3 yaşında anasını itirən Viktor Osimhenə “Biz bir ailəyik və ailə hər şeydir” adlı xoreoqrafiya hazırlayıb.

Bu görüntü qarşısında ulduz futbolçu göz yaşlarını saxlaya bilməyib. Komanda yoldaşları onu təsəlli ediblər.