Sumqayıtda 22 yaşlı qızın meyiti tapıldı

sumqayitda-22-yasli-qizin-meyiti-tapildi
Oxunma sayı: 832

Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə sentyabrın 7-si saat 15 radələrində baş verib.

2004-cü il təvəllüdlü N.Cəlilovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı 5-ci mikrorayondakı evdə tapılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.