Azərbaycanda icra hakimiyyətlərinin qeyri-adi “quruculuq” işləri ilə bağlı mediada dəfələrlə xəbərlər yayılıb. Amma Sumqayıt şəhərində aparılan abadlıq zamanı edilən yeniliyin həqiqətən də analoqu yoxdur.
Bu haqda şikayət edən sakin deyir: “Təsəvvür edin ki, əməkdar memar İlqar İsbatovun layihə müəllifi olduğu bu layihədə binanın tininində pəncərə olmadığı halda pəncərə qoyublar. Bu biabırçılıqdır. Bütün bunların məsuliyyəti isə Sumqayıt şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun üzərinə düşür”.

Son xəbərlər
Son Xəbərlər