Sumqayıtda dəniz sahilində 6 aylıq uşaq meyiti tapılıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, meyit Zeynalabdin Tağıyev adına qəsəbədə dəniz sahilində aşkarlanıb.
Meyitin 6 aylıq uşağa aid olduğu bildirilir, lakin onun əraziyə hansı şəraitdə və kim tərəfindən atıldığı məlum deyil.
Fakt araşdırılır.
***
Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində, dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Son xəbərlər
Son Xəbərlər