Sumqayıtda iki maşın toqquşdu - Sürücü belə xilas edildi - Video

sumqayitda-iki-masin-toqqusdu
Oxunma sayı: 629

Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yol-nəqliyyat qəzası baş verib.

FHN-dən “Qafqazinfo”ya bildirilib ki, nəticədə vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Bildirilib ki, FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-21011” və “Naz Lifan” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və “Naz Lifan” markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1968-ci il təvəllüdlü Bayramov Murad Möhübbət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.