“Sunset”dəki partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

sunsetdeki-partlayisda-xesaret-alanlarin-veziyyeti-aciqlandi
Oxunma sayı: 1579

Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda istirahət mərkəzinin qazanxanasında baş verən partlayış nəticəsində yaralanan 3 nəfər dünən saat 22:20 radələrində Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilib.

Bu barədə “Qafqazinfo”ya TƏBİB-dən məlumat verilib. Bildirilib ki, xəsarət alan qadınların birinin bədən səthinin 45 %-i, digərinin bədən səthinin 35-40 %-i, kişinin bədən səthinin isə 60 %-i yanıb.

Onların Reanimasiya şöbəsində müalicələrinə davam edilir.

Hazırda iki qadının vəziyyəti stabil, kişinin vəziyyəti isə ağır stabil olaraq qiymətləndirilir.