Qubadlı və Suqovuşanda insan sümükləri tapıldı - Yenilənib

qubadli-ve-suqovusanda-insan-sumukleri-tapildi
Oxunma sayı: 1882

Ağdərə rayonu ərazisində sümük fraqmentləri aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkarlanıb.

Fakt üzrə Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Həmçinin mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı üzrə Qubadlı Rayon Prokurorluğunda araşdırma aparılır.