Suriyada dekabrın 8-də “Bəəs”in süqutu ilə rejim həbsxanalarında saxlanılan minlərlə insan azadlığa buraxılıb.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, paytaxt Dəməşqdəki Mezze Hərbi Həbsxanasındakı qeyri-insani şəraitdə olan bölmələr görüntülənib.
Görüntülərdə devrilmiş Əsəd rejiminin hərbi kəşfiyyat bölməsinin idarə etdiyi həbsxanada məhkumların divarlara şeirlər yazması, şəkil və təqvimlər çəkməsi diqqəti cəlb edib.
Həbsxanada qadınlar da daxil olmaqla təxminən 700 nəfərin saxlanıldığı bildirilir.
Həbsxanada birnəfərlik kameralarda 6 və ya 8 məhbusun, təxminən onnəfərlik kameralarda isə 80 nəfərin saxlanıldığı məlum olub.