Şuşada bayram namazı qılındı - Fotolar

susada-bayram-namazi-qilindi
Oxunma sayı: 1012

Bu gün Şuşa şəhərində Qurban bayramı ilə əlaqədar bayramı namazı qılınıb.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib, əmin-amanlıq arzulanıb.

Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.