Şuşanın güllələnmiş icra başçısının oğluna vəzifə verildi

susanin-gullelenmis-icra-bascisinin-ogluna-vezife-verildi
Oxunma sayı: 11288

Daxili işlər orqanlarında daha bir kadr dəyişikliyi həyata keçirilib.

Qafqazinfo” Femida.az-a istinadən xəbər verir ki, 39-cu polis bölməsinin rəis müavini polis mayoru Anar Məmmədov tutduğu vəzifəsindən azad edilərək Səbail rayonu 9-cu polis bölməsinin rəis müavini vəzifəsinə təyin olunub.

Onun yerinə 9-cu polis bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışmış polis kapitanı Müşfiq Gözəlov təyinat alıb.

Xatırladaq ki, Müşfiq Gözəlov Şuşanın qətlə yetirilmiş keçmiş İcra başçısı Mikayıl Gözəlovun oğludur.