Talassemiyalı uşaqların ailələrindən 1 milyon alan qadın həbs edilib

talassemiyali-usaqlarin-ailelerinden-1-milyon-alan-qadin-hebs-edilib
Oxunma sayı: 2751

Bakıda talassemiyalı xəstələrin valideynlərinə qarşı dələduzluq edərək xüsusilə külli miqdarda vəsaiti ələ keçirməkdə ittiham edilən qadın həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, bunu Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki canlı yayımda qurumun idarə rəisi Natiq Abdullayev deyib.

O bildirib ki, talassemiya xəstələrin valideynlərinin müraciəti bu ilin fevral ayında daxil olub: “Bu məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manat dələduzluq edib.

Nuriyə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işinin istintaqı davam etdirilir”.