Tamaşaçılar Qalkinə etiraz edir, konserti ləğv olundu

tamasacilar-qalkine-etiraz-edir-konserti-legv-olundu
Oxunma sayı: 7224

Rusiyalı şoumen Maksim Qalkinin martın 14-də Arxangelskdə baş tutmalı olan konsertinə alınan biletlər geri qaytarılır, tədbir ləğv olunub.

“Qafqazinfo” “Region 29” telekanalına istinadən xəbər verir ki, buna səbəb Qalkinin Ukraynada davam edən hərbi əməliyyatlar barədə fikir bildirməsi olub.

“İnsan Rusiyaya qarşı gedir. Qətiyyən gülməli deyil. Sözüm yoxdur”, - tamaşaçılardan biri deyib.

“Rusiya Federasiyasının artistidir və Rusiya Federasiyasına qarşı çıxış edir? Ukraynanın tərəfini saxlayır? O, Ukraynanın Əməkdar artisti olsaydı, başqa məsələ”, - digər tamaşaçı bildirib.

Daha əvvəl Qalkinin çəkildiyi bank reklamı federal telekanallarının efirindən yığışdırılmışdı.