Tarixində ilk dəfə neft hasil edəcək

tarixinde-ilk-defe-neft-hasil-edecek
Oxunma sayı: 13175

Somali bu ilin sonunda tarixində ilk dəfə öz ərazisində neft hasilatına başlayacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Somalinin neft və mineral ehtiyatlar naziri Əbdurrəzaq Ömər Məhəmməd məlumat verib.

Nazirin sözlərinə görə, ilk neftin Qalmuduq ştatı, ölkənin cənub-qərbi və Cubaland əyalətlərindəki yataqlardan hasil ediləcəyi gözlənilir.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında Somali ABŞ-ın “Coastline Exploration” şirkəti ilə ölkə ərazisində neft yataqlarının işlənməsi ilə bağlı müqavilə imzalayıb. Somalinin 30 milyard barelə qədər potensial neft və təbii qaz ehtiyatları olması ehtimal edilir.