“Tarqovı”dakı hoteldə qonağın meyiti tapıldı

tarqovidaki-hotelde-qonagin-meyiti-tapildi
Oxunma sayı: 1641

Bakının mərkəzindəki hotellərin birində meyit tapılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanvarın 27-si saat 23 radələrində Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Alıyevin meyiti “Tarqovı” məhəllə adlanan ərazidə Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Aslan Vəliyev