“Taxıl Polşa və Rumıniya vasitəsilə ixrac olunacaq” - Dmitri Senik

taxil-polsa-ve-ruminiya-vasitesile-ixrac-olunacaq
Oxunma sayı: 1772

“Taxıl ixracı və qlobal ərzaq böhranının qarşısını almaq üçün Kiyev Polşa və Rumıniyadan keçən iki marşrut hazırlayıb”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər nazirinin müavini Dmitri Senik deyib.

“Qlobal ərzaq təhlükəsizliyi təhdid altındadır, çünki Rusiya-Ukraynaya müharibəsi Qara dənizdən taxıl ixracını dayandırıb, geniş qıtlığa və qiymətlərin artmasına gətirib çıxarıb”, - deyə Senik bildirib.

Onun sözlərinə görə, Ukrayna ərzaq ixracı üçün üçüncü dəhlizin yaradılması üçün Baltikyanı ölkələrlə danışıqlar aparır:

“Bu marşrutlar mükəmməl deyil, lakin biz onları inkişaf etdirmək üçün əlimizdən gələni edirik”.

"Ukrayna ərazisində 30 milyon tona yaxın taxıl saxlanılır və ixraca ehtiyac var" , - deyə Dmitri Senik əlavə edib.