“Təbəssüm qana ən tez yayılan dərmandır”

tebessum-qana-en-tez-yayilan-dermandir
Oxunma sayı: 2104

Aydındır ki, pozitivlik keçicidir. Enerjisi ətrafdakı insanlara da eyni təsiri verir. Buna görə qaçılmaz olan neqativ hadisələrdə belə auranı müsbətdə saxlamaq lazımdır. Əks halda, insanın özü də, ətrafı da mənfiyə yoluxur. 

Mövzu ilə bağlı  müxtəlif sahələrin məşhurları da vaxtilə maraqlı fikirləri ilə fərqləniblər:

“Təbəssüm qana ən tez yayılan dərmandır” (Çarli Çaplin).

“Vücudunuza yaxşı baxın. Yaşamaq məcburiyyətində olduğunuz yeganə yer oradır” (Jim Rohn).

“Pozitiv insan ayaqqabıları oğurlanan zaman “ayaqlarım var!” - deyə bilən insandır” (Sokrat).

“Hər gün insan üçün yeni bir həyatdır” (R.Beyker).

“Xoşbəxt olmaq istəyirsənsə, başqalarının xoşbəxtliyi üçün çalış. Bunun sevinci səni xoşbəxt etmək üçün kifayət edəcək” (Lüdviq van Beethoven).

“Ümidlə yol getmək gediləcək yerə çatmaqdan daha gözəldir” (Louis Stevenson).

“Mənfi emosiyalarınızı və şübhələrinizi dağıdın! Heç bir şey, xəyallarınızı reallaşdırmağınıza mane olmasın” (Keith Harrell).