“Təhdidlərin genişmiqyaslı nəticələri olacaq” - Xəbərdarlıq etdi

tehdidlerin-genismiqyasli-neticeleri-olacaq
Oxunma sayı: 802

“Hörmüz boğazı ilə bağlı təhdidlərin genişmiqyaslı nəticələri olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon söhbətində bildirib.

Pezeşkian Hörmüz boğazı ilə bağlı istənilən təhdidin qlobal səviyyədə ciddi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

O vurğulayıb ki, İran danışıqları yalnız beynəlxalq hüquq normaları əsasında davam etdirəcək.

Prezidentin sözlərinə görə, rəsmi Tehran atəşkəs şərtlərini açıq şəkildə elan edib və bu öhdəliklərə sadiq qalacaq.

İran prezidenti ABŞ-nin mövqeyini tənqid edərək, “maksimalist tələblərin” razılaşmanın əldə olunmasına mane olduğunu qeyd edib.

Pezeşkian xüsusi olaraq Hörmüz boğazı məsələsinə toxunub: “Bu bölgəyə qarşı hər hansı bir təhdid dünya üçün genişmiqyaslı nəticələrə səbəb olacaq”.

Makron isə bildirib ki, ilkin atəşkəs razılaşmasına Livan da daxil edilməlidir.