Telefonunu maşına çırpıb pul tələb edirdi, həbs edildi - Yenilənib+Video

telefonunu-masina-cirpib-pul-teleb-edirdi-hebs-edildi
Oxunma sayı: 2709

Sosial şəbəkələrdə Bakıda bir şəxsin əlindəki telefonu qəsdən hərəkətdə olan avtomobilə vuraraq sonradan sürücüdən pul tələb etməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, keçirilən tədbirlərlə həmin şəxsin əvvəllər soyğunçuluq və oğurluq əməllərinə görə məhkum olunmuş 1987-ci il təvəllüdlü Elman Hüseynov olduğu müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun müxtəlif oxşar üsullarla vətəndaşları aldadaraq maddi vəsait əldə etməyə cəhd göstərdiyi məlum olub. Onun qanunsuz əməlləri ilə bağlı araşdırma aparılır, barəsində hüquqi məsuliyyət tədbirləri görülür.

***

Saxlanılan şəxs müvafiq qərarla inzibati qaydada həbs edilib.