İki avtomobil toqquşdu, yol kənarındakı piyada öldü - Foto

iki-avtomobil-toqqusdu-yol-kenarindaki-piyada-oldu
Oxunma sayı: 2763

Tərtərdə iki avtomobil toqquşub, maşınlardan biri yol kənarındakı 65 yaşlı qadını vurub öldürüb. 

“Qafqazinfo” xəbər verir ki, yol-nəqliyyat hadisəsi ötən gün rayonun Qaraqoyunlu kəndində baş verib. 

Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil qarşıdan gələn “Hyundai” markalı maşınla toqquşub. Zərbənin təsirindən “Hyundai” yoldan çıxaraq kənd sakini Nazilə Cəfərovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı