Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb.
Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Çaylı kəndi ərazisində tikinti şirkətlərinin birində çalışan, Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Əsgərov Mənsim Həsən oğlu kanal tikintisində işləyən zaman ərazidə olan sursatın partlaması nəticəsində sol əl nahiyəsindən xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, 2023-cü il 27 may tarixində Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində təhlükəli əraziyə daxil olan tikinti şirkətinin əməkdaşının naməlum partladıcıya toxunması zamanı hadisə baş verib.
Partlayış hadisəsi nəticəsində 1986-cı il təvəllüdlü Əsgərov Məsim Həsən oğlu xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, sol əlin 4 barmağının travmatik amputasiyası edilib. Həyatı təhlükəsi yoxdur.