Təşviqat başladı - Fotolar

tesviqat-basladi
Oxunma sayı: 4228

Xəbər verdiyimiz kimi, bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılıb. 

Artıq seçki məntəqələrinin qarşısında ayrılmış xüsusi lövhələrdə namizədlərlə bağlı məlumatlar yerləşdirilir. 

Yanvarın 15-dən start götürən proses fevralın 6-sı saat 8:00-da dayandırılacaq.

Qeyd edək ki, Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi yanvarın 9-da başa çatıb. 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. 

“Qafqazinfo”nun fotoqrafı Xəyal Vəlizadənin təşviqatın gedişi ilə bağlı çəkdiyi fotoları təqdim edirik: