“İnter Mayami”nin və Argentina milli futbol komandasının hücumçusu Lionel Messi “Time” jurnalı tərəfindən “İlin idmançısı” seçilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə nəşrin saytında məlumat verilib.
Qeyd edək ki, 2022-ci ilin sonunda forvard milli komandanın Qətərdə keçirilən Dünya Kubokunu qazanmasına kömək edib və turnirin ən yaxşı oyunçusu olub.
Bu yay o, “Inter Mayami” ilə müqavilə imzalayıb və Liqa Kubokunu qazanıb. Bundan əlavə, argentinalı 2023-cü ildə PSJ ilə Fransa çempionu olub.