Çinin “Blue Star” şirkəti 1912-ci ildə batmış “Titanik” gəmisinin kopyasını hazırlamağa başlayıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, 269 metr uzunluğu və 28 metr eni olacaq gəmi tarixi “Titanik”lə eyni formada inşa ediləcək, lakin müasir texnologiyalarla təchiz olunacaq.
2022-ci ildə səfərə çıxması planlaşdırılan “Titanik 2”nin İngiltərənin Sautqempton şəhərindən Atlantik okeanı vasitəsilə ABŞ-ın Nyu-York şəhərinə istiqamət etməsi üzrə marşrut müəyyənləşdirilib.
Qeyd edək ki, “Uayt Star Layn” şirkətinə məxsus “Titanik” 14 aprel 1912-ci ildə aysberqlə toqquşaraq batıb. Nəticədə 1514 nəfər həlak olub.
Son xəbərlər
Son Xəbərlər