Tofiq Bəhramovun 100 illiyi münasibətilə yubiley matçı keçirildi

tofiq-behramovun-100-illiyi-munasibetile-yubiley-matci-kecirildi
Oxunma sayı: 1397

Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 100 illiyi münasibətilə yubiley matçı təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Oyunda futbol veteranları və idman jurnalistləri üz-üzə gəliblər.

Görüşdən əvvəl Dövlət Himni səsləndirilib. 

Daha sonra mərhum hakimin və Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Matç futbol veteranlarının 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, qarşılaşma Gənclər və İdman Nazirliyi və Tofiq Bəhramov adına Respublika stadionunun birgə təşkilatçılığı ilə baş tutub.