Tofiq Yaqublu ev dustaqlığına buraxıldı - Video

tofiq-yaqublu-ev-dustaqligina-buraxildi
Oxunma sayı: 8256

Bu gün Bakı Apelyasiya Məhkəməsində 4 il 3 müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublunun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Elmar Rəhimovun qərarı ilə T.Yaqublunun vəkilinin vəsatəti təmin edilib və T.Yaqublu ev dustaqlığına buraxılıb.

***

Vəkili Elçin Sadıqov bildirib ki, məhkəmə Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasına qərar verib. O bildirib ki, Apelyasiya şikayəti ilə bağlı digər xüsusatlara sentyabrın 28-də saat 15:00-da keçiriləcək prosesdə baxılacaq.