Tonoyanla Qalstyanın həbsi ilə bağlı vəsatət verildi

tonoyanla-qalstyanin-hebsi-ile-bagli-vesatet-verildi
Oxunma sayı: 2048

Ermənistanın sabiq müdafiə naziri David Tonoyanla, silah təchizatçısı David Qalstyanın həbsi ilə bağlı məhkəməyə vəsatət verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. Mənbənin məlumatına görə, onlar Kentron və Nork-Maraş inzibati rayonlarının ümumi yurisdiksiya məhkəməsinə aparılıblar. Burada hakimlər Mnatsakan Martirosyan və Gaqik Poqosyan həbslə bağlı vəsatətlərə baxacaqlar. Məhkəmə iclası sabah saat 13:00 -da baş tutacaq.

Ermənistanın eks-müdafiə naziri Tonoyan saxlanıldı

“İndiyədək hələ ki rəsmi təsdiq olmasa da, həbslə bağlı vəsatətə tələsik baxılması bir çox suallar doğurur. Çünki qanun bir şəxsin 72 saat ərzində saxlanılan şəxs statusunda qalmasına icazə verir”, - deyə mənbə bildirib.

Ermənistan MN-in rəsmiləri “Patron David” işi ilə bağlı dindirilib