“Toyota” yoldan çıxaraq supermarketə girdi - Video

toyota-yoldan-cixaraq-supermarkete-girdi
Oxunma sayı: 1526

Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində ağır qəza olub.

“Qafqazinfo” xəbər verir ki, gecə saatlarında “Toyota” markalı 90-YK-749 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq supermarketə çırpılıb.

Hadisənin yolun sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.

Qəza nəticəsində sürücünün xəsarət aldığı bildirilib. Avtomobil isə yararsız hala düşüb.