“Tramp Avropa liderlərinə Rusiyanın qələbəsinə əmin olduğunu bildirib”.
“Qafqazinfo” xəbər verir ki, “Bloomberg” öz mənbələrinə istinadən ABŞ Prezidenti Donald Trampın Avropa liderləri ilə görüşü zamanı Rusiyanın Ukraynadakı münaqişədən qalib çıxacağına əmin olduğunu bildirib.
“Avropa liderləri ilə telefon danışığında Tramp Rusiyanın qələbəsinə əmin olduğunu açıq şəkildə ifadə edib”, - məlumatda deyilir.