ABŞ Prezidenti Donald Tramp Kevin Varşı Federal Ehtiyat Sisteminin (FED) sədrliyinə namizəd kimi irəli sürüb.
“Qafqazinfo” xəbər verir ki, Tramp bu haqda “TruthSocial” sosial media platformasında yazıb.
“Mən Kevini çoxdan tanıyıram və şübhə etmirəm ki, o, Federal Ehtiyat Sisteminin ən yaxşı sədrlərindən biri, bəlkə də hamıdan yaxşısı kimi tarixə düşəcək”.
Qeyd edək ki, Varşın namizədliyi FED-in hazırkı sədri Cerom Povellin səlahiyyət müddəti başa çatdıqdan sonra may ayına qədər Senat tərəfindən təsdiqlənməlidir.
Son xəbərlər
Son Xəbərlər