ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı satın almaq planı yenidən Vaşinqtonun xarici siyasət gündəminin mərkəzinə keçib.
“Qafqazinfo” xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi brifinqdə Trampın bu məsələni milli təhlükəsizlik komandası ilə fəal şəkildə müzakirə etdiyini təsdiqləyib.
Livitt adanın ABŞ-nin milli təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb etdiyini və Arktikada rəqiblərin qarşısını almaq üçün mühüm olduğunu vurğulayıb. Eyni zamanda, Trampın diplomatiyaya üstünlük verdiyi, lakin hərbi variant daxil olmaqla heç bir seçimini istisna etmədiyi qeyd olunub.
Qeyd edək ki, vəziyyətin gərginləşməsi fonunda ABŞ-nin dövlət katibi Marko Rubionun gələn həftə Danimarka rəsmiləri ilə görüşərək Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir. Danimarka və Qrenlandiya tərəfi isə adanın satılmadığını bildirərək ABŞ-nin təhdidlərinə kəskin etiraz ediblər.
Son xəbərlər
Son Xəbərlər