Tramp-Mask gərginliyi fonunda “Tesla” səhmləri ucuzlaşdı

tramp-mask-gerginliyi-fonunda-tesla-sehmleri-ucuzlasdi
Oxunma sayı: 1342

İyunun 5-də Amerikanın “Tesla” şirkətinin səhmləri onun icraçı direktoru, milyarder İlon Mask və ABŞ Prezidenti Donald Tramp arasında gərginlik səbəbindən 9 faizdən çox dəyər itirib.

“Qafqazinfo” xəbər verir ki, bunu “Nasdaq” elektron birjasının məlumatları sübut edir.

Ticarət platformasının Bakı vaxtı ilə saat 20:55-ə olan statistikasına görə, səhmlər 9,08 faiz dəyər itirərək hər səhm üçün 301,91 dollara düşüb. Saat 21:35-də göstəricilər bir qədər bərabərləşdi, 8,87 faiz (səhm üçün 302,61 dollar) təşkil edib.