Tramp və Əl-Şaraa Ağ Evdə görüşəcək

tramp-ve-el-saraa-ag-evde-gorusecek
Oxunma sayı: 1160

ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraanı qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Axios” nəşri ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Baraka istinadən yayıb.

Məlumata görə, Vaşinqtona səfəri çərçivəsində Əl-Şaraa ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyaya, “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə mübarizədə iştirakını təsdiqləyən sənədləri imzalayacaq.

Tom Barak bildirib ki, Əl-Şaraa və Trampın görüşündən sonra Suriya ilə İsrail arasında danışıqların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır.