Trampı Qazaxıstana dəvət etdi

trampi-qazaxistana-devet-etdi
Oxunma sayı: 490

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin rəsmi teleqram kanalında məlumat paylaşılıb.

Bildirilib ki, görüş zamanı Tokayev amerikalı həmkarını özünə münasib vaxtda Qazaxıstana səfər etməyə dəvət edib. Həmçinin liderlər ikitərəfli münasibətlər və Ukrayna münaqişəsi başda olmaqla beynəlxalq vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, noyabr ayında Vaşinqtona səfəri zamanı Qazaxıstan Prezidentinə Donald Tramp simvolik olaraq Ağ Evin açarını təqdim etmişdi.