ABŞ Prezidenti Donald Trampın Çinə səfərinin tarixi açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt Trampın bu ilin 14-15 may tarixində Pekində rəsmi səfərdə olacağını bəyan edib.
Səfər çərçivəsində ABŞ lideri Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşəcək.
Livitt əlavə edib ki, Çin Xalq Respublikasının Sədrinin ABŞ-yə cavab səfəri 2026-cı ilin sonlarında gözlənilir.
Qeyd edək ki, bu ilin fevralında Trampla Si Cinpin arasında telefon danışığı baş tutub.
Son xəbərlər
Son Xəbərlər