Trampla Putin telefonla danışdı

trampla-putin-telefonla-danisdi
Oxunma sayı: 1756

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkəsində məlumat verib.

“Mən indicə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını bitirdim. Söhbət təxminən bir saat 15 dəqiqə davam etdi”, - Tramp bildirib.

Amerika lideri əlavə edib ki, o, Putinlə Ukraynanın pilotsuz uçuş aparatlarının Rusiya aerodromlarına hücumunu müzakirə edib. Tramp ümumilikdə danışığı “yaxşı” kimi qiymətləndirib.