Görüşləri 1 saatdan az davam edib - Yenilənib

gorusleri-1-saatdan-az-davam-edib
Oxunma sayı: 2213

Ukrayna Prezidenti Volodimir Zelenski Davosa yollanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb. 

Ukrayna lideri Davosda ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Xatırladaq ki, D.Tramp yanvarın 21-də Davos İqtisadi Forumunda çıxışı zamanı ukraynalı həmkarı ilə görüşəcəyini bildirmişdi.

***

Davosda V.Zelenski və D.Tramp arasında görüş başlayıb.

***

Tərəflər arasında danışıqlar başa çatıb.

Trampla Zelenskinin görüşü 1 saatdan az davam edib. 

Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov görüş barədə açıqlama verərək, ümumi danışıqların yaxşı keçdiyini bildirib. 

Bununla belə, o, danşıqların nəticəsinin hələ məlum olmadığını vurğulayıb.