Transfarmatorda yanan sevgililərin toyudur

transfarmatorda-yanan-sevgililerin-toyudur
Oxunma sayı: 11646

Ötən ilin oktyabr ayında transfarmatora girən və nəticədə ağır bədən xəsarəti alan sevgililərdən xəbər var.

Qafqazinfo” Qaynarinfo-ya istinadən xəbər verir ki, Fəqan adlı oğlan və onunla birlikdə transfarmatorda xəsarət alan sevgilisi ailə həyatı qurur.

Bu gün onların toyu olacaq. Mərasim Bakıda - "Fərid Palace"də baş tutacaq. Məlumata görə, bir qoluna protez taxılan oğlan və sevgilisinin toyu dostlarının köməkliyi ilə keçiriləcək. Hətta dostların cütlük üçün kiyarə ev tutduğu da deyilir.

Qeyd edək ki, Fəqan və 18 yaşlı sevgilisi ötən ilin oktyabrında Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsindəki transfarmatora daxil olmuş, nəticədə ağır xəsarət almışdı. Oğlan qəza zamanı bir qolunu itirib.

Keçən il baş vermiş hadisə ilə bağlı xəbər BURADA