Tuadonun əsrarəngiz mənzərəsi - Fotolar

tuadonun-esrarengiz-menzeresi
Oxunma sayı: 15184

Sosial şəbəkələrdə Lənkəranın Tuado kəndinin əsrarəngiz mənzərəsini əks etdirən fotolar paylaşılıb.

“Qafqazinfo” xəbər verir ki, kəndin ərazisində çəkilən fotoları bloger İradə Qədirova yayımlayıb. 

Kənd haqqında məlumatlar da paylaşan bloger bildirib ki, buranın əsas çətinliyi yollarla bağlıdır:

“Tuado “tut ağacı” mənasındadır və kəndin çıxacağında çay plantasiyaları ilə məşhurdur. Tuado çayı dadı ilə fərqlənir. Kənd dağlar qoynunda yerləşir və tam bir neçə həftə sonra güllü-çiçəkli olacaq. Kəndin özünün kitabxanası da var. 

Kəndin bu gün əsas çətinliyi yollar və şəraitsizlikdir. Bu səbəbdən daha bir kənd boşalmaqdadır. Çox təəssüf doğurur, halbuki azca qayğı ilə insanlar evini buraxmaz, hətta buranı gözəl bir turistik destinasiyaya çevirmək olar”. 

Tuadoda çəkilən fotoları təqdim edirik: