Türk diplomatın qızı Bakıda intihar etdi

turk-diplomatin-qizi-bakida-intihar-etdi
Oxunma sayı: 7692

Bakıda təhsil alan Türkiyə vətəndaşı, 15 yaşlı Günler Şavval Ummuhan qızı intihar edib.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonunda baş verib. Gənc qız litseydə 1 günlük cəzalandırılıb və buna görə valideynlərinin onu danlayacağından çəkindiyi üçün özünü 10-cu mərtəbədə yerləşən yaşadıqları mənzildən ataraq intihar edib.

İntihar edən qızın atası Günler Arslan Azmi Türkiyənin Azərbaycandakı səfirliyində işləyir. O səfirin gömrük işləri üzrə müşaviridir.

Murad Əhməd