“Turkish Airlines” aviaşirkəti 11 martdan etibarən İstanbul-İrəvan-İstanbul marşrutu üzrə reyslərin yerinə yetirilməsinə başlayacaq.
“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndələri Ermənistanın Turizm Komitəsinin sədri Lusine Gevorqyanla görüş zamanı bildiriblər.
Görüşdə aviadaşımaların inkişaf perspektivləri, həmçinin yaxın gələcəkdə yeni istiqamətlərdə reyslərin yerinə yetirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıç ötən ilin sonlarında “X”də etdiyi paylaşımda “Turkish Airlines” aviaşirkətinin İstanbul-İrəvan-İstanbul istiqamətində müntəzəm reysləri yerinə yetirməyə başlayacağını açıqlamışdı.
Son xəbərlər
Son Xəbərlər