Türkiyə 6 qol buraxaraq uduzdu

turkiye-6-qol-buraxaraq-uduzdu
Oxunma sayı: 3227

Türkiyə millisi yoldaşlıq görüşündə Avstriyaya 1:6 hesabı ilə uduzub. 

“Qafqazinfo” xəbər verir ki, bununla da “ay ulduzlular” cari ildə keçirdiyi 2 yoldaşlıq görüşünün hər ikisini məğlub başa vurub. 

Qeyd edək ki, Türkiyə bundan öncə Macarıstana da uduzmuşdu. 

Avstriya - Türkiyə - 6:1
Qollar: Şlager, 2 (1:0), Çalhanoğlu, 25-pen.(1:1), Qreqoritş, 44 (2:1), 49 (3:1), 59-pen. (4:1), Baumqartner, 78-pen. (5:1), Entrup, 90+5 (6:1)