Türkiyə “Eurofighter” təyyarəsini niyə ala bilmir? - Yaşar Gülər açıqladı

turkiye-eurofighter-teyyaresini-niye-ala-bilmir
Oxunma sayı: 4213

“Eurofighter” təyyarəsi çox güclü təyyarədir. Biz də 40 ədəd almağı planlaşdırırıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər ​​TBMM-də nazirliyin 2024-cü il büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu təyyarələr İngiltərə, Almaniya və İspaniyaya məxsusdur və alınması üçün də hər üç dövlətin razılığı lazımdır:

“İngiltərə və İspaniya bu prosesi təsdiqləyirlər. Onlar sadəcə Almaniyanın da bu prosesi təsdiqləməsi üçün onu razı salmağa çalışırlar”.