Türkiyə gəmisi fırtına zamanı batdı

turkiye-gemisi-firtina-zamani-batdi
Oxunma sayı: 3487

Türkiyənin Qara dəniz sahillərində fırtına zamanı yük gəmisi batıb. 

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, Türkiyə gəmisinin göyərtəsində 12 ekipaj üzvü olub. 

Hələ ki onlarla əlaqə saxlamaq mümkün olmayıb. Belə ki, pis hava şəraiti səbəbindən axtarış işləri həyata keçirmək mümkün deyil. 

Bildirilir ki, “Kafkametler” adlı gəmi Rusiyanın Temrük limanından İzmirin Aliağa limanına yük daşıyırmış.