Türkiyə hərbçiləri daha 1 il Azərbaycanda qalacaq

turkiye-herbcileri-daha-1-il-azerbaycanda-qalacaq
Oxunma sayı: 2095

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda fəaliyyət müddətinin daha bir il uzadılması ilə bağlı prezident memorandumunun qəbuluna dair Türkiyə Böyük Millət Məclisinin qanunu qüvvəyə minib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda sənəd “Rəsmi Qəzet”də dərc olunub.

Qanunda Azərbaycan, Ermənistan və Rusiyanın 9 noyabr 2020-ci il tarixində imzaladığı Üçtərəfli Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərinin davam etdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycana güclü dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.

Xatırladaq ki, qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə TBMM-ə göndərilmiş və parlament tərəfindən qəbul edilmişdi.

Qeyd edək ki, 2021 və 2022-ci illərin noyabrında da Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.