Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 17,5%-dən 25%-ə qədər artırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Türkiyə Mərkəzi Bankının rəsmi saytında yerləşdirilib.
Mərkəzi bankın bu qərarı əksər bazar iştirakçıları üçün gözlənilməz olub. Belə ki, ekspertlər uçot dərəcəsinin maksimum 20%-ə qədər artırılacağını proqnozlaşdırırdılar.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı iyun ayında 2021-ci ildən ilk dəfə olaraq uçot dərəcəsini 8,5%-dən 15%-ə qədər artırıb. İyulda isə uçot dərəcəsi 15%-dən 17.5 %-ə kimi artırılıb.
Son xəbərlər
Son Xəbərlər