Türkiyədə 4,6 maqnitudalı zəlzələ oldu

turkiyede-46-maqnitudali-zelzele-oldu
Oxunma sayı: 2037

Türkiyənin Malatya bölgəsinin Yeşilyurt rayonunda 4,6 maqnitudalı zəlzələ baş verib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb. 

Yerli vaxtla saat 12.34-də qeydə alınan zəlzələnin ocağı 17,3 kilometr dərinlikdə yerləşib. Yaxınlıqdakı ərazilərdə də zəlzələ hiss olunub. İtki və dağıntıların olması ilə bağlı məlumat verilmir.