Türkiyədə “Epşteyn işi” ilə bağlı araşdırma başlanıldı

turkiyede-epsteyn-isi-ile-bagli-arasdirma-baslanildi
Oxunma sayı: 972

Ankara Baş Prokurorluğu müxalifətçi millət vəkili Turan Çömezin türkiyəli azyaşlı qızların maliyyəçi Ceffri Epşteynin cinayət şəbəkəsi tərəfindən ölkədən qaçırılaraq istismar edildiyi iddiaları ilə bağlı araşdırmaya başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Cumhuriyyet” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, ABŞ Ədliyyə Departamentinin (DOJ) bu ilin yanvarında açıqladığı sənədlər əsasında başlanılan istintaq çərçivəsində şübhəliləri və onların cinayətlərini Türkiyə ilə əlaqələndirən dəlillər araşdırılır. İddialara görə, Epşteynin şəbəkəsi Türkiyədəki bəzi uşaqları hədəf alaraq onları xüsusi adalara aparıb.

Məsələ ilə bağlı yayılan digər məlumatda bildirilir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi sosial mediada son 8 ildə 100 minə yaxın uşağın itkin düşməsi və işgəncə videoları ilə bağlı yayılan xəbərlərin gerçəyi əks etdirmədiyini açıqlayıb. Rəsmi qurum statistikanın qəsdən təhrif edildiyini, yayılan videonun isə 2021-ci ildə Braziliyada çəkildiyini bəyan edib.

Qeyd edək ki, məxfilikdən çıxarılan yeni sənədlərdə ABŞ-nin Ankaradakı keçmiş səfiri Tom Barrakın da adının keçməsi beynəlxalq qalmaqalı daha da dərinləşdirib.