Türkiyədə terror təşkilatına qarşı əməliyyat - 96 nəfər saxlanıldı

turkiyede-terror-teskilatina-qarsi-emeliyyat
Oxunma sayı: 553

Türkiyənin İstanbul da daxil olmaqla 22 bölgəsində “Marksist-Leninist Kommunist Partiyası” (MLKP) adlı silahlı terror təşkilatına qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında paylaşım edib.

Yerlikaya əməliyyatlar nəticəsində 96 nəfərin saxlanıldığını bildirib.

O həmçinin qeyd edib ki, Türkiyənin bütün bölgələrində sülh uğrunda mübarizə davam edir: “Ölkəmizin hər bir bölgəsində sülh və sabitliyin təmin edilməsi üçün mübarizəmizi davam etdiririk”.